Xəzər Xəbər

İlham Əliyevin İstanbul səfərinin proqramı

Gündəm | 11:02 • 20 Oktyabr 2017
İlham Əliyevin İstanbul səfərinin proqramı

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün Türkiyənin İstanbul şəhərinə səfər edib.

Azərbaycan prezidenti türkiyəli həmkarının dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edəcək.

XəzərXəbər-in əldə etdiyi məlumata görə, D-8 Zirvə toplantısı Bakı vaxtı ilə saat 11:00-da Lütfü Kırdar Mədəniyyət və Konqres Mərkəzində işə başlayacaq. Azərbaycan prezidenti də zirvə görüşünə qatılacaq.

Bundan əlavə 15:00-da dövlət başçıları və hökumət rəsmilərinin şərəfinə rəsmi nahar veriləcək. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Xəbər lenti