Xəzər Xəbər

Tələbə qəbulu qaydaları dəyişdi MÜTLƏQ OXUYUN!

Gündəm | 10:33 • 20 Oktyabr 2017
Tələbə qəbulu qaydaları dəyişdi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişiklik edib.

XəzərXəbər xəbər verir ki, dəyişikliyə əsasən, qaydanın 5-ci (Müsabiqənin keçirilməsi) maddəsinə yeni bənd əlavə edilib.

Belə ki, bundan sonra müsabiqənin nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə Mərkəz tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq. Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Qeyd edək ki, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Xəbər lenti