Xəzər Xəbər

Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir

Gündəm | 10:27 • 20 Oktyabr 2017
Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Qurumdan XəzərXəbər-ə verilən xəbərə görə, bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır!

Adı çəkilən ərazidə sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişalarına uyğun hərəkət etmələri xahiş olunur.

Xəbər lenti