Xəzər Xəbər

Azərbaycanda yeni cərimə tətbiq olunacaq

Gündəm | 12:54 • 19 Oktyabr 2017
Azərbaycanda yeni cərimə tətbiq olunacaq

Xarici dövlətlərdən daxil olan sorğuları səhv cavablandıranlar cərimələnəcək.

Xarici dövlətlərdən daxil olmuş sorğunun səhv və ya cavablandırılmamasına görə cərimələr tətbiq olunacaq.

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 461.1-1-ci maddə əlavə edilir.

Əlavəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcəklər.

Xəbər lenti