Xəzər Xəbər

Naxçıvanda hərbi paradda nümayiş olunan silah və texnikalar FOTOLAR

Gündəm | 10:22 • 19 Oktyabr 2017
Naxçıvanda hərbi paradda nümayiş olunan silah və texnikalar

Ötən gün Naxçıvan Muxtar Respublikasında hərbi parad keçirilib.

Paradda ordumuzun son illər aldığı yeni silah və texnikalar da nümayiş olunub.

Parad zamanı tank əleyhinə idarə olunan "SPAYK” raket kompleksləri quraşdırılmış "Qred Vul” avtomobilləri, "Ştorm-3” Sofa maşını, "Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış "Sandkat” avtomobilləri, Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan "Marauder” zirehli döyüş maşınları, "Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib.



Döyüşlərdə yüksək manevrliliyi ilə seçilən "Lançer” reaktiv artilleriya kompleksi, "Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə "D-44” topu və "MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik "D-30” haubitsası, "D-20” və "M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan "Qiasint-B” topları da nümayiş olunub.

Hərbi paradda "BM-21 Qrad”, "Qrad-LAR”, "Sakarya”, "Qasırğa” yaylım atəşli reaktiv sistemləri, "Smerç” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış "OSA”, "S-125” zenit raket kompleksləri, zirehli transportyor "BTR-82A”, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə "Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş "T-72 M1” və "T-90C” tankları, eləcə də "T-90C” tankı üzərində quraşdırılmış "TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu "Qvozdika” və "ZQ-23-2” zenit qurğularının nümayişi həyata keçirilib.



Hərbi parad zamanı "Mİ-17-1V” hərbi vertolyotu, "SU-25” döyüş təyyarələri, "Mİ-17-1V” və "Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmada keçid ediblər.

Xəbər lenti