Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş
nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan
Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Söhbət
zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət
sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.