Xəzər Xəbər

Nazir müavini: İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir

Gündəm | 15:25 • 18 Oktyabr 2017
Nazir müavini:

Bu il keçirilən İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir.

Bu sözləri Bakıda turizmə həsr olunmuş sessiyada mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, Birinci Bakı Şopinq Festivalı yerli alıcıların aktivliyi ilə müşahidə olunub: "Builki festivalda əsas hədəf xarici turistlərin aktivliyinə nail olmaqdır. Bunun üçün də xüsusi turizm paketləri hazırlanıb. Hazırda Rusiya, ərəb ölkələri və digər potensial turist cəlbi mümkün olan ölkələrdə turizm paketlərinin satışına başlanılıb. İnanırıq ki, bu il xarici turist aktivliyi daha çox olacaq".

Azərbaycanda turizm şirkətlərinin sayının kəskin artdığını bildirən nazir müavini deyib ki, artıq 1441 turizm şirkəti qeydiyyatdan keçib.

Xəbər lenti

Çox oxunanlar