Xəzər Xəbər

Güzəştli mənzil almaq istəyənlər üçün YENİ XƏBƏR

Gündəm | 13:16 • 18 Oktyabr 2017
Güzəştli mənzil almaq istəyənlər üçün

"Bakının Yasamal rayonunda birinci güzəştli yaşayış kompleksi 2018-ci ilin yayında istifadəyə veriləcək".

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov deyib.

Onun sözlərinə görə, kompleksin tikintisi cədvələ uyğun davam edir.

S.Sadıqov deyib: "Kompleksin tikintisində 20-dən çox podratçı çıxış edir. İşlərə 3500-ə yaxın adam cəlb edilib. Bu kompleks 1843 ailəni yeni mənzillə təmin edəcək. Layihələndirmə mərhələsində olan ikinci kompleks isə 3000 mənzildən ibarət olacaq".

Xəbər lenti