Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.
"Azəravtoyol” ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, körpünün təməlqoyma və hökumətlərarası protokolun imzalanma mərasimləri keçirilib.
Mərasimdə
Azərbaycan hökuməti adından nəqliyyat, rabitə və yüksək texnologiyalar
naziri Ramin Quluzadə, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr
müavini Əvəz Qocayev, Rusiya tərəfdən isə bu ölkənin nəqliyyat naziri
Maksim Sokolov və başqa rəsmi şəxslər iştirak ediblər.
Təməlqoyma
mərasimi Azərbaycanın "Samur” gömrük buraxılış məntəqəsinin və
Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar” buraxılış
məntəqələrinin ərazisində həyata keçirilib.
Əvvəlki körpünün 60
metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkəti üçün
ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 metr, eni 17,3
metr, seysmik davamlığı 10 bal təşkil edəcək.
Hazırda
Azərbaycan ilə Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı
üzərində 1957-ci ildə tikilmiş körpü vasitəsilə həyata keçirilir.
Körpünün ölçüləri və texniki vəziyyəti müasir tələblərə cavab vermir.