Xəzər Xəbər

Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisinə sabah start veriləcək

Gündəm | 11:47 • 17 Oktyabr 2017
Azərbaycan-Rusiya sərhədində

Oktyabrın 18-də Rusiya-Azərbaycan sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə start veriləcək.

Bu barədə Rusiyanın Federal Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir.

Təməlqoyma mərasimi Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar" buraxılış məntəqəsinin ərazisində baş tutacaq.

Tədbirdə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak edəcəklər.

Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb.

Yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.(APA)

Xəbər lenti