Azərbaycana Pentoqandan
gəlirəm. ABŞ Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını
müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm.
Bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper deyib. O bildirib ki, ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş hesab edir:
"Azərbaycanın
Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94
azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və
təhlükəsizliyin təminatına töhfə verir. Azərbaycan hökumətinin müxtəlif
təmsilçiləri ilə görüşlər keçirdim. Buraya Müdafiə Nazirliyi, Xarici
İşlər Nazirliyi, Sərhəd Qoşunları və Prezident Administrasiyası daxildir. Müzakirələrimiz ABŞ-ın
Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi, sülhməramlıların
yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı oldu. Bu yeni yanaşmaları
Azərbaycan rəsmiləri ilə müzakirə etdik".