Bu gün Azərbaycanın yeni
energetika nazirinin kimliyi məlum olub. Prezident İlham Əliyevin
sərəncamı ilə bu posta Pərviz Oqtay oğlu Şahbazov gətirilib.
XəzərXəbər-in
məlumatına görə, Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də
Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft
Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə
Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində
ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı
səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində
ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə
Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in
Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust
ayından 2016-cı ilədək Azərbaycanın Almaniyadakı fövqaladə və
səlahiyyətli səfiri olub.
Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.
Qeyd edək ki, Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər müdiri Oqtay Şahbazovun oğludur.