Xəzər Xəbər

Azərbaycanda buzlaşma gözlənilir Xəzərin sahili DONACAQ...

Gündəm | 17:34 • 10 Oktyabr 2017
Azərbaycanda buzlaşma gözlənilir

Azərbaycanda 2030-cu ildə buzlaşmanın olacağı ilə bağlı mediada yayılan xəbərlərə aydınlıq gətirilib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov açıqlamasında bildirib ki, buzlaşma dağlarda olacaq:

"Buzlaşma Böyük Qafqaz, Kiçik Qafqaz dağlarında və Lənkəranda olacaq. Digər ərazilərdə isə qarın miqdarı çox olacaq. Ola bilər ki, göllər də donsun”.

Telman Zeynalov əlavə etdi ki, buzlaşma dövründə paytaxtda 15-20 dərəcə şaxta olacaq. Xəzər dənizinin şimal hissəsi donacaq. BuzlaşmaBakıya qədər gəlməyəcək.

Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq, oktyabrın 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur./Metbuat.az

Xəbər lenti