Xəzər Xəbər

İki gün maqnit qasırğası olacaq

Gündəm | 13:36 • 10 Oktyabr 2017
İki gün maqnit qasırğası olacaq

Oktyabrın 13-ü Yerdə güclü maqnit qasırğası başlayacaq.

Qasırğa iki gün, oktyabrın 14-dək davam edəcək.

Bundan başqa, qasırğadan əvvəl – oktyabrın 11-12-də, eləcə də oktyabrın 15-də Yerin maqnitosferinin qasırğanın təsiri altında olacağı bildirilir.

Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.

Qeyd edək ki, bundan öncə ötən ay sentyabrın 4-də Günəşdə baş vermiş güclü partlayış nəticəsində Yerdə ardıcıl maqnit qasırğaları baş vermişdi./trend

Xəbər lenti