Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir
yağış yağacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 16-20, Bakıda
gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi
rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
oktyabrın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə
leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13,
gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı
gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava
şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə
intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir
güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə
aşağı enəcək.