Xəzər Xəbər

Zakir Həsənov Lukaşenko ilə hərbi əməkdaşlığı müzakirə etdi

Gündəm | 14:21 • 9 Oktyabr 2017
Zakir Həsənov Lukaşenko ilə hərbi əməkdaşlığı müzakirə etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.

XəzərXəbər "Belta” agentliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud olan hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

"Belarusla Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi heç bir beynəlxalq razılaşmanı, BMT TŞ-nin heç bir qətnaməsini pozmur. Biz suveren, müstəqil ölkələrik və zamanın tələbinə, təklifinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik” - deyə Lukaşenko bildirib.

Öz növbəsində, müdafiə naziri Zakir Həsənov gərgin iş qarfikinə baxmayaraq onları qəbul edən A. Lukaşenoya təşəkkür edib. Prezident İlham Əliyevin A. Lukaşenkoya salamlarını çatıdran Zakir Həsənov bildirib ki, Azərbaycanda Belarusu sevirlər və bu ölkəyə xüsusi hörmətlə yanaşırlar:

"Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız mövcuddur. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlara uyğun olaraq həyata keçirilir. Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu bizə imkan verir ki bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək”.

Xəbər lenti