"Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”.
XəzərXəbər xəbər verir ki, bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin
2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Ölkə başçısı bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən
Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci
pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Dövlət
başçısı qeyd edib ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi
islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait
yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya
təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor
tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı,
ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.