Xəzər Xəbər

Elmar Məmmədyarov Gürcüstanda səfərdədi

Gündəm | 10:22 • 8 Oktyabr 2017
Elmar Məmmədyarov Gürcüstanda səfərdədi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana işgüzar səfər edib.

XəzərXəbər xəbər verir ki, Məmmədyarov oktyabrın 8-də Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Bundan əlavə XİN rəhbərinin Gürcüstanın baş naziri və digər dövlət rəsmiləri ilə görüşü gözlənilir.

Xəbər lenti