Xəzər Xəbər

İran XİN: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Gündəm | 09:46 • 7 Oktyabr 2017
İran XİN: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

İran Azərbaycan da daxil olmaqla regiondakı dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin sərhədlərinin dəyişməsinin əleyhinədir.

Bu sözləri İranın xarici işlər nazirinin müavini Seyid Məhəmməd Kazım Səccadpur deyib.

Nazir müavini qeyd edib ki, rəsmi Tehran ilə rəsmi Bakı arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir və bu hər iki dövlətin maraqlarını əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlığın böyük perspektivi var. İran qonşuları ilə əlaqələrini genişləndirməyi xarici siyasətinin prioritet istiqaməti hesab edir. (AzərTAc)

Xəbər lenti