Xəzər Xəbər

Müdafiə naziri Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Gündəm | 17:07 • 6 Oktyabr 2017
Müdafiə naziri Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb
Oktyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Tacikistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspekivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının yaxın günlərdə Düşənbə şəhərində keçiriləcək növbəti iclasında iştirak etmək üçün Azərbaycan Müdafiə nazirinin Tacikistana nəzərdə tutulan səfəri ilə bağlı məsələlər də görüş zamanı müzakirə edilib.

Xəbər lenti