Xəzər Xəbər

Özbəkistan ilə Qırğızıstan arasında 10 sənəd imzalanıb

Gündəm | 14:55 • 6 Oktyabr 2017
Özbəkistan ilə Qırğızıstan arasında 10 sənəd imzalanıb

Qırğızıstan Prezidenti Almazbek Atambayev Özbəkistanda rəsmi səfərdədir.

Özbəkistan Prezidenti Şavkat Mirziyayevin Almazbek Atambayevlə görüşündə ölkələr arasında siyasi, ticari, iqtisadi, nəqliyyat, kommunikasiya, energetika, sənaye, kənd və su təsərrüfatları, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib, regionlararası əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq məsələlər diqqət mərkəzində olub.

Vurğulanıb ki, ölkələrin arasında parlamentlərarası, nazirliklər və digər qurumlar arasında əməkdaşlıq fəallaşıb, bu da hər iki xalqın mənafeyinə uyğundur.

Sonda müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 10 sənəd imzalanıb. (AZƏRTAC)

Xəbər lenti