Xəzər Xəbər

Bakıda 30-a yaxın məktəb direktoru işdən çıxarıldı

Gündəm | 12:54 • 6 Oktyabr 2017
Bakıda 30-a yaxın məktəb direktoru işdən çıxarıldı

"Yeni tədris ilində Bakıda 30-a yaxın məktəbə direktor təyin olunub".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, həmin məktəblərin rəhbərləri ilə ya yaş həddinə çatması səbəbindən əmək müqavilələri ləğv olunub, yaxud da fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozublar.

"Bundan sonra da məktəblərin idarə olunması məsələsi Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır", - M.Vəliyeva əlavə edib.(report)

Xəbər lenti