Xəzər Xəbər

Dərsə davamiyyət aşağı düşməyib Rəsmi

Gündəm | 11:52 • 6 Oktyabr 2017
Dərsə davamiyyət aşağı düşməyib

"Son günlər paytaxt Bakıda yağmurlu hava şəraiti zamanı ümumitəhsil müəssisələrində dərsə davamiyyətin aşağı düşməsi ilə bağlı bizə heç bir müraciət daxil olmamışdı".

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, şagirdlərin dərsə davamiyyəti məsələsi hər zaman diqqət mərkəzindədir: "Bu problem ən çox soyuq aylarda yolların buz bağlaması və ya yollarda yaranan çətinlik zamanı müşahidə olunur. Hazırkı vəziyyətdə yağan yağışlar nəticəsində davamiyyət ciddi şəkildə zəifləməmişdi".

Xəbər lenti