Xəzər Xəbər

Bakı və Abşeronda sürüşmələr aktivləşdi

Gündəm | 13:29 • 5 Oktyabr 2017
Bakı və Abşeronda sürüşmələr aktivləşdi

Son günlər ölkə ərazisində müşahidə edilən yağmurlu hava şəraiti Bakı və Abşeron yarmadasında sürüşmə sahələrinin aktivləşməsinə səbəb olub.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Nazirlik rəsmisi bildirib ki, Bakı və Abşeron yarmadasının lokal sürüşmə sahələrində monitorinq aparılıb və ərazi təhlil edilib.

"Monitorinq zamanı ciddi hala rastlaşmamışıq. Yağışların təsirindən yeni sürüşmə sahələrinin yaranması hadisəsi olmayıb. Bunlar mütəmadi yağışlar deyil. Ola bilsin ki, fəsadlar sonra görünə bilər. Lakin sürüşmə sahələrində - Zığda, Suraxanı rayonu, Abşeron rayonun Nübar qəsəbəsində, Masazır qəsəbəsinin Zəligölü deyilən ərazilərində nisbi aktivlik nəzərə çarpır”.

Xəbər lenti