Xəzər Xəbər

Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdi

Gündəm | 12:49 • 5 Oktyabr 2017
Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı qərar çıxarıb.

XəzərXəbər erməni KİV-lərinə istinadən xəbər verir ki, yaxın günlərdə Ermənistan hökuməti Ədliyyə Nazirliyinə 3900 avro məbləğində vəsait ayıracaq.

Avropa Məhkəməsinin 4 may tarixli qərarına əsasən "ÇAP” MMC-nin Ermənistana qarşı qaldırdığı iddiaya görə, bu ölkənin Ədliyyə nazirliyi 4 noyabr tarixinədək qeyd olunan vəsaiti ödəməlidir.

Xatırladaq ki, "Çap” MMC özəl şirkəti 1999-cu ildə Gümrü şəhərində yaradılıb. 2005-ci ildə şirkət "Qala.TV" televiziya şirkətini təsis edib. Şirkət 2007-ci ildə aparılan vergi yoxlamalarından sonra reklamlardan gələn gəlirləri gizlətməklə vergidən yayınmada ittiham olunub.

Şirkətdən 51 min avro ödənilməsi tələb olunub. İttiham Televiziya və radio ictimai komissiyasının sənədləri, o cümlədən "Qala.tv"də reklam yerləşdirən iş adamının şikayətinə əsasən irəli sürülüb. Nəticədə AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinin ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı tələblərinin pozulması barədə qərar qəbul edib.

Xəbər lenti