"Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə tanışam və bu münaqişə çox mürəkkəbdir”.
Bunu ATƏT-in Minsk
qrupunun amerikalı yeni həmsədfri Endryu Şofer Dağlıq Qarabağa səfəri
zamanı jurnalistlərə açıqlamasında deyib.
Həmsədr münaqişənin sülh yolu ilə həllini
tapmaq məqsədi ilə digər həmsədrlərlə birlikdə regiona mütəmadi olaraq
səfərlər edəcəyini bildirib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Endryu Şofer işğal altında olan Dağlıq Qarabağa səfər edib. Şofer separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Endryu Şofer münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb./azvision.az