Xəzər Xəbər

Havanın temperaturu yüksələcək İstilər qayıdır...

Gündəm | 11:38 • 5 Oktyabr 2017
Havanın temperaturu yüksələcək

"Azərbaycanda növbəti üç gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, bu gündən ölkə ərazisində hava şəraiti sabitləşib: "Növbəti 3 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. Ola bilsin bəzi rayonlarda çiskin müşahidə olunsun, amma hava şəraiti gün ərzində yağmursuz olacaq”.

Xəbər lenti