Xəzər Xəbər

Bakıda xüsusi xidmət orqanlarının iclası keçirilir

Gündəm | 10:44 • 5 Oktyabr 2017
Bakıda xüsusi xidmət orqanlarının iclası keçirilir

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Anti-terror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası və MDB dövlətlərinin təhlükəsizlik və xüsusi Xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi keçirilir.

XəzərXəbər xəbər verir ki, məsləhətləşmənin keçirilməsinin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsidir.

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin salamlarını qonaqlara çatdırıb.

Xəbər lenti