Xəzər Xəbər

Təhsil naziri müəllimləri təbrik etdi

Gündəm | 10:05 • 5 Oktyabr 2017
Təhsil naziri müəllimləri təbrik etdi

Təhsil naziri Mikayıl Cabbarov müəllimləri təbrik edib.

XəzərXəbər xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Müəllimlər günü münasibəti ilə müəllimləri təbrik edib.

"Əziz müəllimlər!

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!

Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir.

Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayıram!".

Xəbər lenti