Xəzər Xəbər

Nazirlikdən internetin zəifləməsi ilə bağlı şikayətlərə cavab

Gündəm | 17:00 • 29 Sentyabr 2017
Nazirlikdən internetin zəifləməsi ilə bağlı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin zəifləməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir.

"Həm "Aztelecom”un, həm də "Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur”.

Xəbər lenti