Xəzər Xəbər

Lütfi Zadə nəzəriyyəsi tədris sisteminə salınacaq Vitse-prezident

Gündəm | 14:01 • 29 Sentyabr 2017
Lütfi Zadə nəzəriyyəsi tədris sisteminə salınacaq

Lütfi Zadə nəzəriyyəsi orta məktəbin tədris sisteminə salınacaq.

Lütfi Zadənin vida mərasiminə qatılan AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, dünya üzrə süni intelekt nəzəriyyəsinə aid ilk elmi məqalə sonuncu dəfə 1950-ci ildə Lütfi Zadə tərəfindən çap olunub: "Amerikada elm ictimaiyyəti bu məqalə ilə tanış olduqdan sonra düşünən maşınlar barədə layihələr hazırlayıb. Lütfi Zadə nəzəriyyəsi Amerikada uzun müddət qəbul olunmayıb. Yalnız yaponlar onun məqaləsinə dəyər vermişdilər. Yaponiyada 23 min qeyri-səlis məntiqə aid texnologiya mövcuddur və onların 18 mini dünya şirkətləri tərəfindən geniş şəkildə istifadə edilir. Bunun kökündə isə Lütfi Zadə elmi dayanır. 5-ci nəsil texnologiyası məhz Lüfti Zadə elmi sayəsində meydana gəlib".

Rasim Əliquliyev onu da əlavə edib ki, Lütfi Zadə nobel mükafatına layiq alim idi: "Bu mükafatı alacağına inanıram. Orta məktəblərdə Lütfi Zadə nəzəriyyəsi tədris olunaraq onun elmi nəzəriyyələri davam etdiriləcək”.

Xəbər lenti