"Cinayət Məcəlləsində nəzərdə
tutulan humanistləşdirmək və liberallaşdırma, azadlıqdan məhrumedilmə
sanksiyalarının azaldılması ilə bağlıdır. Bütövlükdə 36 cinayətə görə
azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salınıb. Nəticədə 18
cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən
kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan, azağır
kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdam məhrum etmə cəzasının
hədləri dəyişdirilib”.
Bunu Prezident
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi
xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Milli Məclisdə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sektor müdiri bildirib ki, əvvəllər Cinayət Məcəlləsində azadlığın
məhdudlaşdırılması növü olub: "Lakin bu tamamilə fərqli cəza növüdür.
Cəza Cinayət Məcəlləsinə qəbul olunarkən şəxslərin xüsusi müəssisələrdə
saxlanmasını nəzərdə tuturdu. Lakin sonrada cəza effekt vermədiyi üçün
Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti
tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən,
xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni şəxslərə elektron
nəzarət aparılacaq, azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət
vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş
olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə
bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini
təmin edəcək. Cinayət törədən şəxslərə elektron qolbağı tətbiq
olunacaq. Azadlığı məhdudlaşdırılan şəxslər yalnız bu sistem tətbiqi
edildiyi vaxtdan bu cəzanı icra etmiş olacaqlar. Azadlığın
məhdudlaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, cinayət törədən
şəxslər elektron sistem vasitəsilə yaşadığı ərazidən kənara çıxa
bilməyəcəklər. Eyni zamanda həmin şəxsin müəyyən ərazi çərçivəsinin
məhdudlaşdırılması həyata keçiriləcək. Hüquq-mühafizə orqanları həmin
şəxslərin yerdəyişməsi haqqında məlumata malik olacaqlar”.
V.İsayev qeyd edib ki, azadlığın məhdudlaşdırılması və digər bu kimi
cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib: "Bu sistemin
tətbiqi dünya təcrübəsinə əsasən aparılan statistikaya görə, cəzaların
92 faizinin azalmasına gətirib çıxarıb. Eyni zamanda həmin şəxslərin
cinayətdən yayınması hallarının 94 faiz azalmasına səbəb olub. Narkotik
maddədən istifadə edən şəxslərə güzəşt ediləcək. Həmin şəxslər
məhkəmənin qərarı ilə stasionar şəkildə müalicə olunacaqlar. Əgər şəxs
sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs
cinayətdən azad olunacaq. Bu narkotik maddələrin istifadəsinə görə ilk
dəfə tutulan şəxslərə aiddir. Bu dövlətin üzərinə götürdüyü böyük bir
addımdır və həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar. Əgər hər
hansı bir şəxs müalicə olunmaqdan yayınarsa və ikinci dəfə bu fakt qeydə
alınarsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.