Xəzər Xəbər

Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalı keçiriləcək SƏRƏNCAM

Gündəm | 17:39 • 28 Sentyabr 2017
Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalı keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı ("shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

XəzərXəbər xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalının ("shopping festival”) təşkili məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.

Xəbər lenti