Xəzər Xəbər

Dünəndən davam edən qasırğa nə vaxt zəifləyəcək? - Rəsədxanadan cavab

Gündəm | 16:09 • 28 Sentyabr 2017
Dünəndən davam edən qasırğa nə vaxt zəifləyəcək? -

Bir neçə gün əvvəl proqnozlaşdırdılan geomaqnit qasırğası hələ də davam edir.


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.


Onun sözlərinə dörə, dünən axşamdan etibarən G2 kateqoriya ilə başlayan qasırğa artıq G3-ə yüksəlib: "Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 7-dir (maksimum 9 olur). Qasırğa bu gün də davam edəcək, lakin sabaha doğru getdikcə səngiyəcək".


O qeyd edib ki, kosmik hava şıltaqlıqları (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təyziq dəyişmələri, külək və s.) ilə tandem şəklində insan üçün neqativ effektləri daha da artırır.

Xəbər lenti