Xəzər Xəbər

Türkiyə-Azərbaycan münasibətləri İslam dünyası üçün nümunədir - Bəkir Bozdağ

Gündəm | 12:31 • 25 Sentyabr 2017
Türkiyə-Azərbaycan münasibətləri İslam dünyası üçün nümunədir -

Türkiyə və Azərbaycan arasında münasibətlər bütün İslam dünyası üçün nümunədir.

Trend-in məlumatına görə, bunu Ankarada İslam ölkələri arasında münasibətlərə həsr olunmuş konfransda Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ qeyd edib ki, Türkiyə və Azərbaycan "bir millət – iki dövlətdir”.

Nazir müavini onu da bəyan edib ki, bütün müsəlman ölkələri daha da güclü olmaları üçün öz aralarında münasibətlərini inkişaf etdirməlidir.

Xəbər lenti