Xəzər Xəbər

Azərbaycan Gürcüstandakı meşə yanğınının söndürülməsi üçün helikopter göndərib

Gündəm | 18:01 • 23 Sentyabr 2017
Azərbaycan Gürcüstandakı meşə yanğınının söndürülməsi üçün helikopter göndərib

Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-dən xezerxeber.az-a bildiriblər ki, sentyabrın 23-də nazirliyin aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri Gürcüstana yola düşüb.

Xəbər lenti