Xəzər Xəbər

Bakıda “Mübarizlər” yarışının açılış mərasimi olub - FOTO

Gündəm | 15:56 • 23 Sentyabr 2017
Bakıda “Mübarizlər” yarışının açılış mərasimi olub -

Milli Olimpiya Komitəsinin (MOK), Fövqəladə Hallar (FHN), Gənclər və İdman nazirliklərinin dəstəyi və "Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq səviyyəli ekstremal idman turniri "Qəhrəmanlar Liqası” - "Mübarizlər” yarışının sentyabrın 23-də açılış mərasimi olub.


AZƏRTAC xəbər verir ki, FHN-in Təlim-Tədris Mərkəzində keçirilən yarışın açılış mərasimində dövlət və hökumət rəsmiləri, müxtəlif idman qurumlarının və içtimaiyyətin nümayəndələri iştirak ediblər.


Çingiz Hüseynzadə açılış mərasmində çıxış edərək bildirib ki, Rusiyada bir neçə dəfə keçirilən bu yarış artıq Azərbaycanda da təşkil olunur. İdmançılara və iştirakçılara uğurlar diləyən Ç.Hüseynzadə Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb.


Sonra "Mübarizlər” lahiyəsinin rəhbəri Elvin İsmayılov yarış haqqında ətraflı məlumat verib.


Lahiyənin müəllifi Kseniya Şoyqu yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və buna görə təşkilatçılara minnətdarlığımı bildirib.


Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsindən sonra yarışa start verilib.


Diqqətə çatdırılıb ki, idman-sağlamlıq yönümlü "Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. "Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatını təklif edir. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.


Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra çempionat iştirakçılarını 10 kilometr uzunluğunda və 42 maneədən ibarət marşrut gözləyir. Yekunda ilk on yerin sahibi pul mükafatları ilə təltif olunacaq.

Xəbər lenti