Xəzər Xəbər

Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Gündəm | 15:17 • 23 Sentyabr 2017
Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Fələstinin xarici işlər naziri Riyad Əl-Məliki ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə diqqəti və humanitar dəstəyi, Azərbaycanda beynəlxalq təşkilatların Fələstin məsələsi üzrə keçirilən beynəlxalq tədbirlər yüksək qiymətləndirilib.

Nazirlər Yaxın Şərqdə mövcud vəziyyət, BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti