Xəzər Xəbər

Sabah Elmar Məmmədyarov Nalbandyanla görüşəcək

Gündəm | 13:01 • 22 Sentyabr 2017
Sabah Elmar Məmmədyarov Nalbandyanla görüşəcək

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü baş tutacaq.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Amerikanın Səsi" radiosu müsahibəsində bildirib ki, görüş sentyabrın 23-nə planlaşdırılıb.

Görüş zamanı Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün təşkili məsələsi müzakirə ediləcək.

Həmçinin regiona həmsədrlərin planlaşdırılan səfərinin qrafiki müzakirə ediləcək.

Xəbər lenti