Xəzər Xəbər

Saatlı sakininin avtomobili və ot tayası müəmmalı şəkildə yandı VİDEO

Gündəm | 12:28 • 22 Sentyabr 2017
Saatlı sakininin avtomobili və ot tayası müəmmalı şəkildə yandı

Saatlı rayonunda bu gecə yanğın hadisəsi baş verib.

Xanlarkənd kənd sakini Sevindik Həsənova məxsus ot tayası və "Qaz 53" markalı yük avtomobili yanıb.

Dərhal ev sahibi və sakinlər yanğınsöndürənlərə məlumat veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Yanğınla bağlı görüntüləri kənd sakinlərindən biri "XəzərXəbər”in votsap nömrəsinə göndərib.



Xəbər lenti