"Avropa İttifaqı Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyin bərqərar olmasından asılıdır"
XəzərXəbər xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli
Məclisdə keçirilən "Dayanıqlı inkişaf məqsədləri üzrə gender
bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı
ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda çıxışı zamanı
deyib.
Nazir müavini bildirib ki, bu təşkilata üzv olan Ermənistan Azərbaycan
torpaqlarını işğal edib: "Bu ölkənin apardığı təcavüz siyasəti və etnik
təmizləmə ağır nəticələr verib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz
talan edilir, tarix və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda onun ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan
onları öz avantüralarına cəlb etmək istəyir. Lakin bu siyasət iflasa
uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman
qəbul etməyəcək”.
X.Xələfov vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün heç nə edə bilməyib.
"Avropa
İttifaqı işğalçıya qarşı münasibətdə qəti mövqe qoymalı və bu
siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionda sosial tərəqqiyə,
iqtisadi inkişafa təkan verəcək. Azərbaycan
tezliklə münaqişənin həllində maraqlıdır. Biz ümid edirik ki,
mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən
dəstəklənəcək”.
XİN rəsmisi xatırladıb ki, Azərbaycan Aİ-nin etirbarlı tərəfdaşıdır. "Azərbaycan
və Avopa İttifaqı bir çox sahələrdə ümumi maraq kəsb edən, qarşılıqlı
faydalara əsasən əməkdaşlıq edir. Hazırda əməkdaşlığa dair aparılan
intensiv danışıqların yekunlaşması hər iki tərəfin maraqlarına xidmət
edən yeni siyasi hüquqi çərçivənin yaranmasına xidmət edəcək. Eyni
zamanda Cənub Qaz dəhlizi sahəsində görülən işlər və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol enerji sahəsində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir”.
Qeyd edək ki, Ermənistan
Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və
deputat Mane Tandilyan və Armen Aşotyanın köməkçisi Aram Barseğyan da
tədbirdə iştirak edirlər.