Xəzər Xəbər

Bakıda erməni deputatların iştirakı ilə iclas keçirilir

Gündəm | 10:51 • 22 Sentyabr 2017
Bakıda erməni deputatların iştirakı ilə iclas keçirilir

Bakıda "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans öz işinə başlayıb.

XəzərXəbər xəbər verir ki, Milli Məclisdə keçirilən tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assambleyasına üzv ölkələrin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının Milli Məclisi, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və Birləşmiş Təşkilatinin Azərbaycandakı ofisi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan və Armen Aşotyanın köməkçisi Aram Barseğyan da tədbirdə iştirak edirlər.

Xəbər lenti