Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin
döyüş atışlı əsas mərhələsi icra olunub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumatda bilirilib ki, plana müvafiq olaraq bu mərhələdə
artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər
birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş
tapşırıqlarını yerinə yetiriblər.
Mürəkkəb
dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən
edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə
qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif
üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq
təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı
əlaqədə effektiv tətbiqi həyata keçirilib.
Müxtəlif
poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində
yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub,
bölmələrin və atəşin manevrləri yerinə yetirilib.