Xəzər Xəbər

Prezident İlham Əliyev Donald Trampla görüşdü

Gündəm | 09:18 • 21 Sentyabr 2017
Prezident İlham Əliyev Donald Trampla görüşdü

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.

XəzərXəbər bildirir ki, prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında görüşdən foto paylaşıb.

Fotodan göründüyü kimi, prezidentlərin görüşündə birinci xanımlar da iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 17-də prezident İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaBMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfərə gediblər.

Xəbər lenti