Xəzər Xəbər

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

Gündəm | 18:15 • 20 Sentyabr 2017
İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Xəbər lenti