Xəzər Xəbər

Prezident İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı

Gündəm | 18:10 • 20 Sentyabr 2017
Prezident İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxış edir.

Ölkə başçısı qırğızıstanlı həmkarından sonra çıxış edir.

Prezident bildirib ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20%-ni Dağlıq Qarabağvə onun ətrafında olan 7 rayonu işğal edib: "Dağlıq Qarabağ Azərbaycanın tarixi və qədim torpağıdır. Ermənistanın təcavüzü nəticəsində beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır.

Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkündür. Ermənistan bu ölkədə, həmçinin Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizlimə siyasəti yerinə yetirir. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkədə soyqırım kimi tanınır”.

Prezident İlham Əliyev Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib.

Xəbər lenti