Xəzər Xəbər

Meksikadakı zəlzələdə azərbaycanlı yaralanıb? Rəsmi açıqlama

Gündəm | 10:05 • 20 Sentyabr 2017
Meksikadakı zəlzələdə azərbaycanlı yaralanıb?

Meksikada baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, zəlzələdən dərhal sonra səfirlik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb.

Zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeyd edək ki, bu gecə Meksikada 7,1 bal gücündə güclü zəlzə baş verib.

Xəbər lenti