Xəzər Xəbər

Vizaların ləğvi ilə bağlı saziş imzalandı

Gündəm | 13:49 • 18 Avqust 2017
Vizaların ləğvi ilə bağlı saziş imzalandı

Azərbaycanla Boliviya arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalanıb.

XəzərXəbər-in məlumatına görə, sazişə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bakıda səfərdə olan Boliviya xarici işlər naziri Fernando Uanakuni Mamani imza atıb.



İmzalanma mərasimindən əvvəl nazirlər təkbətək formatda və geniş tərkibdə görüş keçirib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Xəbər lenti