Xəzər Xəbər

Barselonadakı terrorda azərbaycanlı yaralanıb? Rəsmi AÇIQLAMA

Gündəm | 11:23 • 18 Avqust 2017
Barselonadakı terrorda azərbaycanlı yaralanıb?

Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Bunu XəzərXəbər-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinnə görə, səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir: "Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcəkdir”.

Xəbər lenti