"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə
konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə
həmsədrlər tərəfindən vurğulanıb:
"Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda
Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər
tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə
tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin
stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar
prosesin davam etdirilməsi üçün hər şeyi edirik Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib".
M. Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti
görüşünün təşkili üzərində işləyirlər: "Bu məsələ bağlı iyul ayında
onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar.
Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının
sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat
veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.(APA)